NİVAL QURŞAQ

daimi qar qurşağı-dağlarda, adətən qar sərhədindən yuxarıda yerləşən ən yüksək təbii qurşaq. Nival iqlimlə səciyyələnir. N.q. üçün qar və buz-laqlar xarakterikdir. İntensiv surətdə fiziki (əsasən, şaxta) aşın-ma prosesləri gedir. Üzvi aləmi çox kasıbdır; bitki örtüyü (şibyə, mamır və s.) çox seyrəkdir. Heyvanlardan bəzi quş və cücü növlərinə rast gəlmək olur. N.q.-ın aşağı sərhədi qütb rayonlarında dəniz səviyyəsinə qədər enə bilir, səhra rayonlarındakı dağlarda isə 6500 m-ə qədər qalxa bilir. Böyük və Kiçik Qafqaz dağlarında 3000 m-dən yuxarıda yerləşir.
NİVAL İQLİM
NİVASİYA
OBASTAN VİKİ
Nival qurşaq
Nival iqlim
Nival iqlim lat. nivalis — qarlı, soyuq – Penkin (1910) iqlimlərin geomorfoloji təsnifatına görə, soyuq iqlim olub, ilin isti fəsillərində əriyib buxarlana bilən hissəsindən daha artıq yağan yağıntıların (qar şəklində) miqdarının artıq olması ilə səciyyələnir. İlin soyuq vaxtlarında yağan qarın əriyib, buxarlanmayan hissəsi ildən-ilə toplanıb, firn və buza çevrilir. Qütb en dairələrinin arktik qurşağı və dağların qar sərhədindən yuxarı zonaları üçün səciyyəvidir. Nival qurşaq - ing. nival belt rus. нивальный пояс dağların ən yüksək təbii qurşağı, iqlim qar sərhədindən yuxarıda yerləşir. Qar yığını, buzlaqlar və intensiv fiziki aşınma səciyyəvidir. Üzvi aləmi çox kasıb, bitki örtüyü zəifdir. Aşağı sərhədi qütb dairəsində dəniz səviyyəsinə qədər enir.
Coğrafi qurşaq
Coğrafi qurşaq — coğrafi təbəqənin ən iri yüksəklik və enlik bölgüsü. Aralarındakı fərq iqlimlə əlaqədardır. C.q.ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subqütb, qütb qurşaqlarına ayrılır. Coğrafi qurşaq termik şəraitin ümumiliyi ilə səciyyələnir. Coğrafi qurşağın rütubətliyi bir cür deyil. Bu da onun daxilində müxtəlif coğrafi zonaların əmələ gəlməsinə səbəb olur. Coğrafi qurşaq 2 yerə bölünür: Rütubətli ekvatorial meşələr zonası və Dəyişkən rütubətli meşələr (o cümlədən musson) C. Q. istilik və rütubət rejimi, hava kütlələri və su dövranı, torpaq örtüyü, bitki örtüyünün vegetasiyası və s. xüsusiyyətləri ilə səciyyələnir. Qütb qurşağı (arktik və antarktik), subqütb qurşağı (subarktik və subantarktik), mülayim qurşaq (şimal və cənub), subtropik qurşaq (şimal və cənub), tropik qurşaq (şimal və cənub), subekvatorial qurşaq (şimal və cənub), ekvatorial qurşaq növləri mövcuddur. Hər C. Q.-ın özünə xas iqlim xüsusiyyəti və canlılar aləmi var.
İsti qurşaq
İsti qurşaq — İsti qurşağın sərhəddi həm Şimal yarımkürəsində, həm də Cənub yarımkürəsində təqribən 300 şimal enliyi və 300 cənub enliyi paralelləri boyunca keçən illik +200 izotermləri ilə müəyyən edilir. Ümumiyyətlə ekvatorial qurşaq, subekvatorial qurşaq və tropik qurşaq birlikdə isti qurşaq adlanır..
Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir. Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir. Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır. Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir. Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir. Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.

Значение слова в других словарях